Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 16:35 (UTC +04:00)

Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub

Mayın 10-da Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının birgə təşkilatçılığı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının rəhbərliyi, huquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş
sərgi ilə tanış olublar.

Şəki Heydər Əlliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və
qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş
videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının sədri Daşqın Mikayılov və YAP veteranı Kamil Məmmədov Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs ediblər.

Çıxışlarda bildirilib ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası Azərbaycan məhv olmaq təhlükəsindən qurtarmış və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Qalib və nüfuzlu dövlət kimi öz sözünü deyən Azərbaycan beynəlxalq arenada yeni zirvələrə doğru mətin addımlarla irəliləyir.

Vurğulanıb ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində şanlı Zəfər
qazanmaqla sübuta yetirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar təşkil edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika ikincisi olmuş, Şəki şəhər kimyabiologiya təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fatimə Nəsibovaya tədrisdə əldə etdiyi nailiyyətlərə görə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyə təqdim edilib.

Sonra tədbir Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib.


 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590

Oxşar yazılar