Hillari Klinton xarici jurnalistlər üçün ilk dəfə mətbuat konfransı keçirib
ABŞ dövlət katibi Hillari Klinton xarici jurnalistlər mərkəzində Vaşinqtonda akkreditə olunmuş müxbirlər üçün ilk mətbuat konfransı keçirib.
APA-nın mətbuat konfransında iştirak edən müxbirinin məlumatına görə, xanım Klinton giriş nitqində Obama Administrasiyasının dünyada mətbuat azadlığına dəstək verməkdə davam edəcəyini deyib. Xarici siyasət idarəsinin rəhbəri Pakistanda yaranmış son vəziyyət barədə danışıb, Ağ Evin bu ölkəyə 100 milyon dollar həcmində yardım göstərilməsi barədə qərar qəbul etdiyini, Yaxın Şərqdə “iki dövlət” həll prinsipinə dəstək verdiklərini, İraqda xidmət edən əsgərlərlə bağlı məsələlərin diqqət mərkəzində olduğunu açıqlayıb.
H. Klinton Latın Amerikası, Avropa, Afrika və Asiyada ənənəvi müttəfiqlərə yaxından işlədiklərini, Rusiya və Çinlə isə daha konstruktiv münasibətlərə hazır olduqlarının söyləyib. Polşadan olan müxbirin ““Şərq-Qərb" İnstitutunun Avropada raketdən müdafiə sisteminin quraşdırılmasının effektiv olmaması barədə yaydığı hesabata münasibət necədir” sualına cavab olaraq H. Klinton bildirib ki, ABŞ müttəfiqlərinin təhlükəsizliyi və suverenliyini təmin etmək öhdəliyinə ciddi yanaşır:
“Raketdən müdafiə sistemi ideyasının arxasında duran məsələ nüvə silahı və onun yayılması avadanlığına malik İran kimi dövlətlərin hücumundan müdafiə olunmaqdır. Biz öz addımlarımızda texniki aspektləri nəzərə almaqla, həmçinin bundan əvvəl və indi də dostlarımız qarşısında olan məsuliyyətimizi anlayırıq. Mən sizi inandırmaq istəyirəm ki, ABŞ tam olaraq Polşanın və NATO çərçivəsində digər müttəfiqlərimizin müdafiəsinə sadiqdir”.
Daha sonra xanım Klinton İtaliya, Nigeriya, Avstraliya, Kanada, Pakistan və Küveytdən olan müxbirlərin suallarını cavablandırıb.

Oxşar yazılar

Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33