Azay Quliyev Çexiya televiziyasına Qarabağ münaqişəsi ilə əlaqədar müsahibə verib
Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri və həlli yolları ilə bağlı Çexiya televiziyasında nümayiş olunmaq üçün hazırlanan üç hissəli filmin yaradıcı heyətinin üzvləri Petruşka Şustrova və Martin Mahdal QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevlə görüşüb, ondan müsahibə alıblar.
Şuradan Lent.az-a verilən məlumata görə, müsahibədə Qarabağ münaqişəsini hərtərəfli şərh edən A.Quliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərinin 20 faizini hələ də işğal altında saxlamaqda davam edir. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma yurd-yuvasından qaçqın düşdüyünü, atəşkəs rejiminin ermənilər tərəfindən tez-tez pozulduğunu, eləcə də beynəlxalq təşkilatların vasitəçiliyi ilə son 15 il ərzində aparılan sülh danışıqlarında Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktivliyi xatırladan A.Quliyev problemin ədalətli həlli üçün Azərbaycan dövlətinin mövqeyini bir daha şərh etdi.
P.Şustrova və M.Mahdal filmin hazırlanması ilə əlaqədar bu ilin payızında Xankəndi və İrəvana da səfər edəcəklərini bildiriblər.

1038