Fazil Qəzənfəroğlu və İlyas İsmayılov da dairələrini dəyişə bilərlər
“İslahat” seçki blokuna daxil olan partiyaların sədrlərinin hələ də ötən parlament seçkilərində deputat seçildikləri dairələrdən namizədliklərini verib-verməyəcəkləri tam dəqiqləşməyib. Bunu Lent.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib.
Fazil Mustafa blokun namizədlərinin siyahısının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunana qədər məsələnin açıq qalacağını dilə gətirib: “Mənim, o cümlədən Ədalət Partiyasının sədri İlyas İsmayılovun öncə deputat seçildikləri dairələri dəyişməsi mümkündür. 1-2 gün siyasətdə çox uzun müddət sayılır və siyahı MSK-ya təqdim olunana qədər dəyişikliklər mümkündür. Çox güman ki, Qüdrət Həsənquliyev də dairəsini dəyişəcək”.
Xatırladaq ki, 2005-ci ildə keçirilən parlament seçkilərində Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsindən, BAXCP sədri Qüdrət Həsənquliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən, Ədalət Partiyasının sədri İlyas İsmayılov 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili seçiliblər.
Fazil Qəzənfəroğlu onu da bildirib ki, blokun namizədlərinin dairələr üzrə sənədləri hazırlanır: “Namizədlərin sənədləri yaxın günlərdə təqdim olunacaq və imzaların yığılmasına başlanılacaq”.
BQP sədri blokun emblemi barədə də danışıb: “Emblemdə aypara və bayrağın rəmzini ifadə edən quş siluetləri əks olunub. Emblem milli dəyərlərə bağlılığı nəzərdə tutan bir hərəkətliliyi, yeniliyi nəzərdə tutur”.
Qeyd edək ki, “İslahat” siyasi partiyalar blokuna Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası və Təkamül Partiyası daxildir.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08