Kafedə müştərini balta ilə öldürmüşdü  - Məhkəməsi KEÇİRİLİR
18 iyul 2025 13:33 (UTC +04:00)

Kafedə müştərini balta ilə öldürmüşdü - Məhkəməsi KEÇİRİLİR

Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən əvvəllər məhkum olunmuş Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs işinin ibtidai istintaqa qaytarılmasını istəyib.

Dövlət ittihamçı vəsatət qaldıraraq bu istəyə etiraz edib və deyib ki, şahidlər ifadə vermədiyi təqdirdə yeni ifadənin verilməsi onlara təsir göstərə bilər:

"Obyektivlik baxımından bu düzgün sayılmaz. Şahidlər ifadə verdikdən sonra bu məsələyə münasibət bildiriləcək".

Zərərçəkənin hüquqi varisi bu vəsatətlə razılaşıb.

Dövlət ittihamçısının vəsatəti təmin olunub.

Növbəti proses sentyabr ayının 12-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Müəyyən edilib ki, Azər İbrahimov oktyabrın 13-də yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan və kürəyindən balta xəsarətləri alıb. Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar