Mixail Saakaşvili: “Azərbaycanın dövlət maşını uğurla işləyir”
Lent.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın İctimai Televiziyasına verdiyi eksklüziv müsahibəsində Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə toxunan Gürcüstan prezidenti bildirib ki, Azərbaycan regionun ən inkişaf edən ölkəsi kimi, bir vaxtlar reallıqdan uzaq görünən nailiyyətə imza atıb. “Sentyabrın 14-də Gürcüstan və Rumıniya prezidentlərinin iştirakı ilə Bakıda keçiriləcək enerji sammiti hər üç ölkə üçün olduqca əhəmiyyətlidir. Üç ölkənin həyata keçirəcəyi yeni layihə region üçün yeni mərhələnin başlanğıcı deməkdir”.
Mixail Saakaşvili bildirib ki, sammitdə ikitərəfli məsələlər də müzakirə ediləcək: “Ölkələrimiz arasında bəzi texniki nüanslar istisna olmaqla, heç bir problem yoxdur. Onlar da tez bir zamanda həll olunur. Mən hər dəfə görürəm ki, ölkələrimiz arasında əldə olunmuş razılaşmalara əməl edilir. Ümumi dostluq münasibətlərindən başqa konkret məsələlər qoyulur və onlar həllini tapır. Bu o deməkdir ki, prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dövlət maşını uğurla işləyir. Biz buna şadıq”.
Gürcüstan prezidenti əmindir ki, Azərbaycan regionda həlledici rol oynayan dövlətdir. Onun fikrincə, 2-3 il sonra Azərbaycan adambaşına düşən gəlirə görə hətta Türkiyəni belə arxada qoyacaq: “7-8 il bundan qabaq isə bu barədə danışmaq belə olmazdı. Bunlar yeni reallıq olmaqla Azərbaycanın sürətli inkişafının göstəricisidir”.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08