“Babacanla aramızda heç bir problem olmayıb”
Mahmud Məmmədquliyev yazılanları erməni mətbuatının uydurması adlandırıb
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İrəvanda Türkiyənin xarici işlər naziri Əli Babacanla aralarında insident baş verməsi ilə bağlı məlumatlara münasibət bildirib.
M. Məmmədquliyev APA-ya eksklüziv açıqlamasında Əli Babacanla İrəvanda görüş zamanı heç bir problem yaşanmadığını deyib.
Nazir müavini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) xarici işlər nazirlərin Şurasının İrəvanda keçirilən toplantısı çərçivəsində keçirilən görüşlərdə Ə. Babacanla aralarında insident yaranması və türkiyəli nazirin onu təhqir etməsi ilə bağlı yayılan məlumatları Ermənistan mətbuatının növbəti uydurması adlandırıb: «Aramızda heç bir problem olmayıb. O yanlış məlumatı Ermənistan mətbuatı yaymışdı. Məqsəd Azərbaycan və Türkiyə hökumətləri arasında gərginlik yaratmaq idi».
M. Məmmədquliyev Ə. Babacanla İrəvanda görüşdüyünü də qeyd edib: «Görüşümüz 20 dəqiqə davam etdi və çox normal keçdi».
Qeyd edək ki, QDİƏT-in aprelin 16-17-də İrəvanda keçirilən toplantısında quruma sədrlik Ermənistandan Azərbaycana keçib.

1084