Sərxoş avtomobil sürən azərbaycanlı yol polisinə rüşvət  təklif etdi
20 may 2024 14:37 (UTC +04:00)

Sərxoş avtomobil sürən azərbaycanlı yol polisinə rüşvət təklif etdi

Novovoronejdə sərxoş vəziyyətdə avtomobil idarə edən azərbaycanlı yol müfəttişinə rüşvət təklif edib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin şəxs şərti cəza alıb. Təfərrüatları şəhər rayon məhkəməsinin mətbuat xidməti açıqlayıb.

Noyabr ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün bir nəfəri yol polisi saxlayıb. Sürücü cəzadan yayınmaq üçün polis əməkdaşına pul təklif etsə də, o, bundan imtina edərək baş verənləri rəhbərliyə çatdırıb.

Azərbaycanlı rüşvət verməyə cəhd (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291-ci maddəsinin 3-cü hissəsi) ilə təqsirli bilinib. O, günahını boynuna alıb və bir il şərti cəza alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Oxşar yazılar