Erməni əsgərlər bir-birini güllələyib
Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərin atəşkəsin pozulması nəticəsində ölməsi barədə məlumatı təkzib edir
Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması və Azərbaycan hərbçiləri tərəfindən bir erməni əsgərinin vurularaq öldürülməsi barədə Ermənistan tərəfinin iddiasını təkzib edib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını deyib: “Əldə etdiyimiz məlumatlara görə, Sarkis Voskanyan səngərdə erməni əsgərləri arasında baş verən atışma nəticəsində ölüb. Hadisə zamanı bir erməni əsgəri də ağır yaralanıb. İrəvan mərkəzi hospitalının bir qrup həkimi yaralı əsgəri xilas etmək məqsədilə cəbhə bölgəsinə ezam olunub. Baş vermiş olayla bağlı Ermənistan Hərbi Prokurorluğunda cinayət işi başlanıb, üç nəfər həbs edilib”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Çinari kəndi yaxınlığında Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində pulemyot bölməsinin komandiri, müqavilə əsasında xidmət edən 29 yaşlı kiçik serjant Sarkis Voskanyanın başından güllə yarası alaraq həlak olduğunu açıqlayıb.

Oxşar yazılar

İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03