Ölmədi, Strasburq Məhkəməsinə gedib çıxdı... -  EKSKLÜZİV
25 dekabr 2009 17:15 (UTC +04:00)

Ölmədi, Strasburq Məhkəməsinə gedib çıxdı... - EKSKLÜZİV

Almaniya dövlətini məhkəməyə verən Azərbaycan vətəndaşının 50 milyonluq iddiası icraata götürüldü

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan vətəndaşı Rüstəm İsmayılın Almaniya dövlətinə qarşı məhkəmə iddiasını icraata götürüb. Bu barədə Lent.az-a açıqlamasında Rüstəm İsmayıl özü məlumat verib. Onun sözlərinə görə, İnsan Haqları Məhkəməsinə dəfələrlə müraciət olunsa da, 2009-cu ilin noyabrın 6-da edilimiş müraciət qəbul olunub. Məhkəmədən bu barədə onun Bakıdakı vəkilinə xəbər verilib: “Xəbər verildi ki, artıq məhkəmədə mənim işimlə bağlı istintaq başlayıb”.

R.İsmayılın vəkili Tamilla Abdullayeva Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Rüstəm İsmayıl 1970-ci ildə Göyçay rayonunda anadan olub. Almaniyaya 1998-ci ildə köçüb, orada bizneslə məşğul olub. 1998-ci ildə alman polisi onun ölkədə qanunsuz yaşamasını iddia edib. Həmin il Rüstəm İsmayıl 6 ay müddətinə həbsxanada yatıb. 1999-cu ildə də eyni iddia ilə 6 ay həbsdə saxlanılıb.

Həmçinin, müxtəlif vaxtlarda yaşadığı Berlin şəhərindəki psixi xəstəxanalarda zorla üst-üstə 30 günə yaxın saxlanılıb. Ona paranoid diaqonozu qoyulub, lakin o, bu iddianı da qəbul etməyib.

Rüstəm İsmayıl müxtəlif xəstəliklər keçirib, sətəlcəm olub. Lakin Almaniyada müalicə olunmaysına imkan verilməyib.

2005-ci ildə isə onun HİV-ə yoluxduğu aşkarlanıb. Lakin həkimlər bu virusa onun təxminən 2000-ci ildə yoluxduğunu bildirib. Hazırda QİÇS xəstəsi olan R.İsmayıl bu məsələdə də Almaniya dövlətini günahlandırır, virusun vaxtında aşkarlanmasına mane olmaqda qınayır.

Bütün bunlarla bağlı R.İsmayıl Almaniyada ümumilikdə 80 məhkəmə çəkişməsi yaşayıb. Lakin o, məhkəmələrin ədalətsiz olması iddiası ilə Aaropa Şurasının insan Haqları Məhkəməsinə müraciət edib. Müraciətlərin qəbul edilməməsinə etiraz edən Rüstəm İsmayıl bu il mayın 15-də Strasburq Məhkəməsinin qarşısında intihara cəhd edib. Lakin onu son anda ölümdən xilas edərək, psixi dispanserə salıblar.

Hazırda o, Almaniya dövlətindən 50 milyon avro təzminat tələb edir. Məhkəməni udacağı və həmin məbləği alacağı təqdirdə isə işğal altında olan ərazilərdən gələn məcburi köçkün övladları üçün toy edəcəyini deyir.

Yeri gəlmişkən, Rüstəm İsmayıla görə Almaniyada “TD-1” adlı türk telekanalı bağlanıb. Belə ki, R.İsmayılın iştirakyla orada bir videoçarx çəkilib. Rüstəm həmin çarxda “Mən faşist deyiləm!” kəlmələrini işlədib. Bu çarx həmin telekanalda bir yayımlanıb, sonra isə Almaniya dövləti TV-ni qapayıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar