
Azərbaycanın Koreyadakı səfiri Seulun fəxri vətəndaşı oldu
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rövşən Cəmşidov Seul şəhərinin meriyası tərəfindən “Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin genişləndirilməsinə, o cümlədən mədəni mübadilə sahəsindəki xidmətlərinə, bir sıra mədəni tədbirlərin təşkil olunmasına və hər il keçirilən Seul Dostluq Sərgisində Səfirliyin fəal iştirakına görə Seul şəhərinin fəxri vətəndaşı” adı ilə təltif olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Seul şəhərinin meri Park Von Soon Rövşən Cəmşidova müvafiq sertifikatı, xatirə nişanını və fəxri vətəndaşlıq vəsiqəsini təqdim edib.
Qeyd edək ki, 1958-ci ildə təsis edilmiş “Seul şəhərinin fəxri vətəndaşı” adı bu şəhərdə ən azı üç il yaşayan əcnəbi vətəndaşlara şəhərin iqtisadi, ictimai-mədəni həyatına verdikləri töhfələrə görə təqdim edilir.
Qeyd edək ki, 1958-ci ildə təsis edilmiş “Seul şəhərinin fəxri vətəndaşı” adı bu şəhərdə ən azı üç il yaşayan əcnəbi vətəndaşlara şəhərin iqtisadi, ictimai-mədəni həyatına verdikləri töhfələrə görə təqdim edilir.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34