İranlı nazir müavinindən həbsdə olan şairlər soruşuldu
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərakçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasındakı münasibətlər, regionda cərəyan edən proseslər, Tehranda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı məsələlər müzakirə olunub.
Nazir Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin inkişafının vacibliyini qeyd etmiş və bu münasibətlərin regiondakı ümumi vəziyyətə təsir etdiyini bildirib. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktının region üçün olduqca mənfi təsir etdiyini söyləyən Elmar Məmmədyarov, beynəlxalq təşkilatlar və ölkələrin Ermənistana təcavüzkar siyasətindən əl çəkməsi üçün təsir etmələrinin vacibliyini qeyd edib. Həmçinin nazir bütün ölkələrin, o cümlədən Ermənistanın BMT-yə və onun qərarlarına hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
Nazir İranda həbs olunmuş azərbaycanlı şairlərlə bağlı məsələyə xüsusi diqqət yetirib. Xarici işlər naziri bu məsələnin Azərbaycan xalqı və dövlətinin olduqca ciddi narahatçılığına səbəb olduğunu bildirib və problemin qısa müddətdə müsbət həllini tapacağına ümidvar olduğunu qeyd edib.
İranın xarici işlər nazirinin müavini Seyid Ərakçı ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini söyləyib. O, İranın Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib.
Həmin gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İran xarici işlər nazirinin müavini Seyid Abbas Ərakçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla İran arasındakı ikitərəfli məsələlər müzakirə olunub, perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
Xələf Xələfov həmkarının Azərbaycana səfərindən öncə ölkəsində İran-Azərbaycan münasibətlərinə dair verdiyi müsahibəsinin təqdirəlayiq olduğunu qeyd edib. Həmçinin Azərbaycanla İran arasındakı əlaqələrin inkişafına töhfə verəcək konkret addımların atılmasının da vacibliyini vurğulayıb.
X. Xələfov iki qonşu ölkənin münasibətlərinin regiondakı ümumi vəziyyətə təsir etməsinin şübhə doğurmadığını bildirib. O, ölkələrarası münasibətlərdə qarşılıqlı hörmət və ehtiram, daxili işlərə qarışmamaq, eyni zamanda suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi prinsiplərinin fundamental olduğunu vurğulayıb, bu strateji kursun əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib.
Ermənistanın bütün regional layihələrdən kənarda qalmasının səbəbi kimi Xələf Xələfov bu ölkənin işğalçı siyasətini göstərib, bu siyasətin regionun inkişafına başlıca maneə olduğunu diqqətə çatdırıb.
İranda baş vermiş təbii fəlakətlə bağlı nazir müavini Xələf Xələfov Azərbaycan xalqının kədərləndiyini söyləyib.
Nazir müavini Seyid Ərakçı Azərbaycanda olmasından məmnunluq ifadə edərək, İranda baş vermiş zəlzələ ilə bağlı ölkəmizə humanitar yardıma görə minnətdarlığını bildirib.
Seyid Ərakçı İranın Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistanı təcavüzkar ölkə kimi qəbul etdiklərini bildirib.

Oxşar yazılar

İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28
ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA
18 may 2025 , 19:50
Ölüm, casusluq və intim FOTOLAR: İsveç Xarici İşlər Nazirliyindəki qalmaqalın qaranlıq TƏFƏRRÜATLARI
18 may 2025 , 14:05
Ədalət partiyasının yeni sədri seçildi
17 may 2025 , 15:53