Yuxusuzluğun səbəb olduğu 4 FƏSAD
22 dekabr 2022 18:05 (UTC +04:00)

Yuxusuzluğun səbəb olduğu 4 FƏSAD

Yuxusuzluq ən böyük problemlərimizdən biridir. Normal yuxu rejimi olmayan insanlar özlərini gün ərzində çox əzgin və yorğun hiss edir. Yuxusuzluq enerji səviyyəsi və əhvalımızla yanaşı, həmçinin sağlamlığımıza, işinizə də ciddi təsir edir.

Yuxusuzluq başqa hansı problemləri yaradır?

Lent.az xarici KİV-ə istinadən yuxusuzluğun törətdiyi fəsadları təqdim edir:  

Həddindən artıq çəki

Normal yuxu rejimi olmayan insanlarda artıq çəki probleminin olması bir çox təcrübələr nəticəsində sübut olunub. Belə ki, yuxusuzluq iştah hormonlarının – leptin və qrelinin pozulmasına səbəb olur. Bu da piylənməyə şərait yaradan amillərdən biridir.

Qırışlar

Yuxu hormonu - melaton çatışmazlığı dərinin pisləşməsinə səbəb olur. Onun istehsalı səhər saatlarında 2 dəfə aşağı düşür. Ona görə də gec yatanların dəri hüceyrələrinin  yenilənməsində problemlər yaranır. Bu da qırışların əmələ gəlməsinə gətirib çıxarır. Dəri daha yaşlı və solğun görünür.

Xərçəng riskinin artması

Həkimlər yuxusuzluğun kolon xərçənginə səbəb ola biləcəyini aşkarlayıblar. Gündəlik 8 saat yatmadıqda, bədənin qoruyucu müqaviməti azalır. Bu halda isə xərçəngə səbəb olan onkogen transformasiya ilə nəticələnmə ehtimalı çoxalır.

Artan narahatlıq

Müntəzəm yuxunun olmaması ilə beyin emosiyaları yaratmaqdan və idarə etməkdən yorulur, bu da əsəbilik və narahatlığı artırır. Tədqiqatlar göstərir ki, xroniki yuxu çatışmazlığı narahatlıq pozğunluqlarını yaradan əsas amillərdəndir.

Mütəxəssislərin sözlərinə görə, bu problemlərdən uzaq olmaq üçün 18-60 yaşlı insanlar gün ərzində 7 saatdan az yatmamalıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Sevinc Fərid

Oxşar yazılar