Yuxu iflici təhlükəlidir? - HƏKİM AÇIQLADI
05 iyul 2024 10:27 (UTC +04:00)

Yuxu iflici təhlükəlidir? - HƏKİM AÇIQLADI

Yuxu iflici, insanın yuxuya getdiyi və ya oyandığı zaman bir müddət hərəkət edə bilməməsidir. Nevroloq Oleq Skripnik bunun nə qədər təhlükəli olduğunu və belə halların qarşısının alınmasını izah edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, yuxu iflici zamanı çoxları yaxınlıqda birinin varlığını hiss edə, mövcud olmayan varlıqları görə, hətta boğulma hiss edə bilər:

“Halbuki bütün bunların elmi izahı var. Bəzən yuxudan oyanmaya keçid zamanı insan gözlərini açıb özünü dərk edə bilir, amma hərəkət edə bilmir. Yuxu iflici ən çox insanın arxası üstə yatdığı zaman baş verir. Yuxu pozğunluğu, reaktiv gecikmə, gecə növbələri və panik pozğunluqları da səbəb ola bilər. Bu vəziyyət özlüyündə təhlükəli deyil”.

Yuxu iflicinin qarşısını almaq üçün həkimlər tövsiyə edir:

Müntəzəm olaraq 6-8 saat yatın
Yatmazdan əvvəl smartfondan istifadə etməkdən çəkinin
Yataq otağını havalandırın
Arxa üstə yatmamağa çalışın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118
avatar

Arzu Qurbanlı

Oxşar yazılar