Yeniyetmələrin ABORTU:  çox qorxulu prosesdir – Həkim danışdı
14 avqust 2025 14:13 (UTC +04:00)

Yeniyetmələrin ABORTU: çox qorxulu prosesdir – Həkim danışdı

Ötən il Azərbaycanda 78245 abort qeydə alınıb. Bu abortların isə 72-si 15-17 yaşlı yeniyetmələrə məxsus olub.

Bəs görəsən, abortun hansı bilinən və bilinməyən fəsadları var? Fəsadsız abort anlayışı ümumiyyətlə doğrudurmu?

Mama-ginekoloq Nərgiz Teymurova Lent.az-a açıqlamasında bildirib ki, heç bir abort fəsadsız ötüşmür:

“Abort etdirməyin sağlamlıq üçün çoxlu sayda fəsadı var. Uşağı tələf etmək üçün yanımıza gələnlərdən kimisi dərman istəyir, kimisi cərrahi abort, lakin onlara hər dəfə bu prosesi icra edə bilməyəcəyimizi bildirirəm. Abort nəticələrini bildiyim üçün uşağın doğuşunun da təmənnasız ediləcəyini, hətta onu böyüdəcəyimi də dediyim vaxtlar olub.

Nərgiz Teymurova

Mama-ginekologiya çox zəhmli, riskli sahədir. Amma bu peşədə ən qorxulu olan, həkimləri çətinə salan, ölümlə üz-üzə qoyan vəziyyət abort zamanı xəstənin qanaxmasıdır. Əgər qanaxma varsa, ölümdən dönmək üçün bunun sonu uşaqlığın xaric olunması ilə nəticələnə bilir. Abortda heç kim, heç nədən sığortlanmır. Həkim nə qədər təcrübəli olursa, olsun, o, abort etdiyi müddətdə bir dəfə də bu cür halla rastlaşmadığını deyə bilməz. Çünki abort çox qorxulu prosesdir. Bunun cəzasını xəstə də, həkim də gec-tez görür. Bəzi fəsadlar zamanla üzə çıxdıqda, anlayırlar ki, hamısı aborta görədir. Abortlardan sonra nə zamansa uşaq istəyirlər, hətta ölümə də razı olurlar ki, yetərki övladım olsun, amma olmur. Abort etdirəndə bunları düşünmək lazımdır.

Uşağı tələf olunanda, onun həftəsi risk amilini endirmir. Fərqi yoxdur, o, ana bətninə yeni düşüb, ya uzun müddətdir oradadır, fəsadları yenə də olur. Şərt deyil ki, uşaqlıq deşilsin, qanaxmalar olsun, yaxud abort tam icra olunmasın, iki-üç dəfə yenidən edilsin. Bunlar olmayanda elə düşünürlər ki, problemsiz həll olundu, bitdi, olmur. İllər sonra görürsən ki, gizli fəsadlar üzə çıxır. Bəzən qan xəstəlikləri, bəzən də epilepsiya yaranır. Bu səbəblərə görə abortu dəstəkləmirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar