Uşaqlarda hansı yaş aralığı daha önəmlidir? - CAVAB
27 dekabr 2022 19:42 (UTC +04:00)

Uşaqlarda hansı yaş aralığı daha önəmlidir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu uşaqlardakı hansı yaş aralığının dönəmli olması ilə bağlıdır.

Körpələrin inkişafı hər yaş dövrünə uyğun olaraq irəliləyir. Elə buradan da görünür ki, hər ayın, hər yaşın özünəməxsus inkişaf xüsusiyyətləri var. Yeni doğulandan başlayaraq körpələrin həm fiziki, həm də sosial inkişafı ilə bağlı bir sıra göstəricilər izlənməli və ona uyğun davranılmalıdır.

Maraqlıdır bəs, uşaq və yeniyetmələrdə hansı yaş aralığı sümük sağlamlığı üçün önəmlidir və bu yaş aralığında qidalanmada nəyə diqqət edilməlidir?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Sədaqət Hüseynova açıqlama verib. 

Onun sözlərinə görə, sümüklərdə kalsium maksimum toplanması oğlanlarda 14 yaşa, qızlarda isə 12,5 yaşa təsadüf edir:

"Uşaq və yeniyetmələrdə sümük toxumasının qurulması üçün kritik dövr 25 yaşa qədər davam edir. Əgər bu dövrdə möhkəm sümüklər formalaşırsa, insan sonra osteoporoza az meyilli olur. Bizim sümüklərimizin təxminən yarısı yeniyetməlik dövründə yaranır. Sümüyün pik mineral sərtliyinin 80% genetik faktorlarla müəyyənləşir, ancaq qidalanma və fiziki aktivlik kimi amillər də sümük kütləsinin artmasına əhəmiyyətli təsir göstərir. Sümüklərdə kalsium maksimum toplanması oğlanlarda 14 yaşa, qızlarda isə 12,5 yaşa təsadüf edir".

Həkim qeyd edib ki, kalsiumun ən yaxşı mənbəyi süd və digər süd məhsullarıdır:

"Sümüklərin sağlamlığı üçün kalsium, vitamin D və zülallar mühüm əhəmiyyət kəsb edirlər. Kalsium sümüklərin möhkəmliyi üçün çox vacibdir. Belə ki, orqanizmdə olan 1 kq kalsiumun 99 faizi sümüklərdə toplanır. Sümüklərdə kalsium ehtiyatlarının toplanması hesabına qanda onun səviyyəsi stabil saxlanılır ki, bu da sinir sistemi və əzələlərin fəaliyyəti üçün çox mühümdür. Kalsiumun ən yaxşı mənbəyi süd və digər süd məhsullarıdır. Lakin yaşıl tərəvəzlər, balıq, qoz və digər məsullar da kalsium ilə zəngindirlər.

Bizim istifadə etməli olduğumuz kalsiumun miqdarı yaşdan asılı olaraq dəyişir. Ehtiyac olan kalsiumun istifadəsi haqqındakı tövsiyələr müxtəlif ölkələrdə fərqlidir, lakin əsas mahiyyət ondan ibarətdir ki, insanlar yetərli miqdarda kalsim qəbul etməlidirlər. Qida ilə kalsium qəbulu yetərsiz olduqda o, qida əlavələri şəklində, vitamin D ilə birlikdə istifadə edilir (sutkada 500-600 mq). Vitamin D skeletin inkişafında və sümük sağlamlığının saxlanmasında mühüm rol oynayır: bağırsaqda kalsiumun sorulmasına yardımçı olur və sümüklərin mineralizasiyasını təmin edir. O, dəridə günəşin ultrabənövşəyi B dalğalarının təsiri altında yaranır. Bunu nəzər alaraq, hər gün 10-20 dəqiqə açıq havada günəş altında olmaq tövsiyə olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Fidan İlqar

Oxşar yazılar