Uşaq əmizdirən analar  İNƏK SÜDÜ   içməlidir
30 dekabr 2023 18:45 (UTC +04:00)

Uşaq əmizdirən analar İNƏK SÜDÜ içməlidir

Süd verən analar daha çox inək südü içməyi məsləhət görüblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu uşağınızda qida allergiyası riskini azalda bilər.

İsveçrəli alimlərin tədqiqatında 500-dən çox qadın iştirak edib və onlar hamiləliyin 34-cü həftəsində, bir ayda və doğuşdan dörd ay sonra yedikləri hər şeyi təfərrüatı ilə izah ediblər. Övladlarının bir yaşı olanda onların hamısı qida allergiyası, atopik dermatit və astma üçün tibbi müayinədən keçiblər.

Toplanmış məlumatların təhlili göstərib ki, sağlam körpələri olan analar ana südü ilə qidalanarkən daha çox inək südü içirlər və allergiyadan əziyyət çəkən körpələrin analarına nisbətən ondan daha çox süd məhsulları yeyirlər. Elm adamları bu təsirə nəyin səbəb ola biləcəyini hələ bilmirlər.

Mümkün izahatlardan biri aşağıdakı kimi ola bilər: inək südünün tərkibində uşağın immun sisteminin yetişməsini stimullaşdıran və müxtəlif qidalara qarşı dözümlülüyün (tolerantlığın) inkişafına kömək edən müəyyən maddələr var. Ümumiyyətlə, elm adamları hesab edirlər ki, süd verən ananın pəhrizi nə qədər müxtəlifdirsə, uşağın immun sisteminin yetişməsi üçün bir o qədər faydalıdır.

# 3231
avatar

Fidan İlqar

Oxşar yazılar