Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumasın səhhətində yaranan müəyyən problemlərə görə xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, İlham Tumas dekabrın 21-də TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanasına yerləşdirilib, ona zəruri tibbi xidmət göstərilib.
Hazırda tibb müəssisəsinin I Sinir xəstəlikləri şöbəsində müalicəsi davam etdirilir. Ona toksiki ensefalopatiya diaqnozu qoyulub, vəziyyəti stabildir.