Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov
30 mart 2021 17:18 (UTC +04:00)

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov

Şəkinin icra başçısı peyvənd olundu

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən peyvəndləmə tədbirləri çərçivəsində Şəki rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.

Lent.az xəbər verir ki, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki Rayon Mərkəzi Xəstəxanasında olub və vaksinasiya prosesinin gedişi ilə maraqlanıb. Peyvənd olunan vətəndaşlara ölkəmizdə həyata keçirilən vaksinasiya prosesi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, vaksinasiyanın məqsədi yoluxma hallarını əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir. Lakin bu məqsədə yalnız əhalinin əksəriyyəti peyvənd olunduqda çatmaq mümkündür.

Sonra icra başçısı COVID-19 pandemiyası əleyhinə peyvənd olunub.
 

# 2151
avatar

Oxşar yazılar