Səhər bu dərmanları heç vaxt qəbul etmək olmaz –  SƏBƏBİ AÇIQLANDI
18 avqust 2022 09:11 (UTC +04:00)

Səhər bu dərmanları heç vaxt qəbul etmək olmaz – SƏBƏBİ AÇIQLANDI

Tibb elmləri doktoru, həkim toksikoloq Nima Maclisi səhər qəbul edilməməsi lazım olan beş fərqli dərmanla bağlı açıqlama verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssisin siyahısında birinci yerdə yuxululuğa səbəb olan və tez-tez yıxılumağa, ağız quruluğu və qəbizliyə səbəb olan siklobenzaprin, metokarbamol kimi dərmanlar var.

Həkimin xəbərdarlığına görə, bu dərmanlar ən yaxşısı yatmazdan əvvəl qəbul edilməlidir. O, anksiyolitik təsiri üçün tez-tez istifadə edilən kava pəhriz əlavəsi haqqında da danışıb. Təəssüf ki, onun istifadəsi konsentrasiya ilə bağlı problemlər yarada bilər. Səhər qəbul etməkdən çəkinin. Mütəxəsis yatmazdan əvvəl qəbul etməyi tövsiyə edir.

Toksikoloqun siyahısında növbəti yer beta-blokerlər və kalsium kanal blokerləri kimi antihipertenziv dərmanlardır, gün ərzində onların qəbulundan yayınmaq lazımdır.

”Bu dərmanları yatmazdan əvvəl qəbul etmək bəzi ürək-damar faydaları təmin edə bilər. Yan təsirlərdən biri də tez-tez yorğunluqdur. Buna görə də, bu dərmanları səhər qəbul etmək bu təsiri gücləndirə bilər", - həkim vurğulayıb.

Doktor Maclisi həmçinin bildirib ki, xolesterin dərmanlarının ən yaxşı şəkildə axşam qəbul edilməsi məsləhətdir, çünki xolesterinin çoxunun səhər saatlarında əmələ gəldiyi düşünülür.

“Bir qayda olaraq, onların əksəriyyəti yuxululuğa səbəb olur. Onları yatmazdan əvvəl qəbul etmək gün ərzində bir çox arzuolunmaz yan təsirlərin qarşısını almaq üçün məna kəsb edir", - mütəxəssis qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3858
avatar

Oxşar yazılar