Quru əlləriniz üçün faydalı məsləhətlər: 4 MASKA
30 oktyabr 2021 19:56 (UTC +04:00)

Quru əlləriniz üçün faydalı məsləhətlər: 4 MASKA

Quru əlləriniz lazımi nəmi qəbul etməzsə, dəriniz sürətlə elastikliyini itirər.  Gündəlik iş mühitimizdə və ya ev işləri gördüyümüz üçün bəzən əllərimizə vaxt ayıra bilmirik. Bunun üçün sizə tövsiyə etdiyimiz təbii maska reseptləri ilə çatlamış, solğun və quru əllərinizə qulluq edə bilərsiniz. 

Lent.az sizə yumşaq və parlaq əllərə sahib olmaq üçün təbii maska reseptlərini təqdim edir. 

Maska 1

2 ədəd kartofu bir qab içinə alaraq qaynadın. Qaynadılmış kartofları çəngəlin köməyi ilə əzin və içinə 1 stəkan südü əlavə edərək qarışdırın. Ortaya çıxan qarışımı əllərinizə sürtün. Əlinizdəki maska tamamilə soyuq hala gəldikdə, ilıq su ilə yuyun. 

Maska 2 
1 çay qaşığı zeytun yağı və yaşıl çayı, 1 yemək qaşığı limon yağı ilə qarışdırın. Alınan qarışığı yarım saat ərzində soyuducuda saxlayın. Bundan sonra həmin məhlulu əllərinizə tətbiq edərək 15-20 dəqiqə gözləyin. Sonda soyuq su ilə yuyun. 

Maska 3
4 stəkan su, 2 çay qaşığı mineral su və 2 çay qaşığı qliserini bir kasa içinə tökün. Əlləri qarışığın içində 30 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun. Bu asan hazırlanan maska əllərinizin yumşaqlığına çox kömək olacaq. 

Maska 4 
Deyəcəyimiz bu maska yaşlanmış dərilər üçün çox faydalıdır. Deməli, 1 çay qaşığı yulaf əzməsi və 1 çay qaşığı balı bir qabda qarışdırın. Bunu dərinizə tətbiq etdikdən sonra əllərinizə pambıq əlcəklər qoyun. Sabahı dəridə qırışıqların azaldığını və əllərinizin necə yumşaq olduğunu görəcəksiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Sevinc Fərid

Oxşar yazılar