Qripin  ölümcül fəsadları   nələrdir?
30 dekabr 2022 09:49 (UTC +04:00)

Qripin ölümcül fəsadları nələrdir?

Tanınmış rusiyalı immunoloq Zoya Skorpileva qripin ölümcül fəsadlarından danışıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, tibb elmləri namizədi Zoya Skorpileva qripin insult və infarkta səbəb ola biləcəyini deyib.

“Qripdən sonra damar tutulmaları, həmçinin pnevmoniya ilə ikincili floranın əlavə olunması ağır fəsadlara, hətta ölümə gətirib çıxara bilər. Ciddiyə almadığımız qrip ağırlaşmaları infarkt və insult kimi xəstəliklərə də yol açır”.

Həkimin sözlərinə görə, qripə qarşı peyvənd xəstəliyin ağırlaşmasına qarşı əsas qoruyucu vasitədir:

“Niyə biz insanları qripə qarşı peyvənd almağa çağırırıq? Peyvənd sizi xəstəlikdən qorumur. Amma o 100 faiz fəsadlardan, xəstəliyin ağır formalarından və ölümlərdən qoruyur”, - Skorpileva bildirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5991
avatar

Sevinc Fərid

Oxşar yazılar