Qripə  yoluxma riskini   azaltmağın asan yolu
22 dekabr 2022 13:50 (UTC +04:00)

Qripə yoluxma riskini azaltmağın asan yolu

Qripə yoluxma riskini azaltmağın sadə üsulu açıqlanıb. 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, allerqoloq-immunoloq Vladimir Bolibokun sözlərinə görə, xəstəliyin qarşısını almağın ən yaxşı yolu qoruyucu maskalardan istifadə etməkdir.

“Əgər insan qripə qarşı peyvənd olunmayıbsa və maska taxıbsa, yoluxma ehtimalı təxminən 20 dəfə azalır. Əgər virusa yoluxmuş şəxs maska taxırsa, başqalarına yoluxma ehtimalı beş dəfə az olur. Müvafiq olaraq, hər iki burun: həm virus daşıyıcısı, həm də sağlam burun bağlanarsa, o zaman virusun yayılma ehtimalı 100 dəfə azalır”, - həkim vurğulayıb.

Həkim bildirib ki, insanlar bu sadə qaydaya əməl etsələr, epidemiya ən qısa zamanda dayandırıla bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar