Təbii parlaqlığını qoruyan hamar və yumşaq dodaqlara sahib olmaq hər bir qadının arzusudur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dodaqlar xüsusilə soyuq havalarda çatlayır və quruyur.
Dərimiz kimi dodaqlarımız da qulluq tələb edir. Qışda dodaqların həssaslığı daha çox artır. Bu səbəbdən dodaqların hər zaman nəmli qalması və təbii parlaqlığını qoruyub saxlaması üçün onlara mütəmadi olaraq qulluq etmək lazımdır.
Bəs, evdə dodaqlara necə qulluq etmək olar?
1. Dodaq pilinqi edin
Dodaqlarınızın teksturasını yeniləmək və möhtəşəm görünüşünü qorumaq üçün mütəmadi olaraq pilinq tətbiq etməlisiniz.
Bunun üçün 1 çay qaşığı qəhvə və zeytun yağını qarışdırın. Bu qarışımla dodaqlarınızı 1-2 dəqiqə ərzində pilinq edin. Sonra yuyun və nəmləndirici krem çəkin.
2. Təbii yağlarla qulluq edin
Dodaqlarınıza qulluq edərkən təbii yağlardan da istifadə edə bilərsiniz. Təbii yağlar soyuq havalarda dodaqlarınızın qurumasının qarşısını alır. Dodaqları nəmləndirir və yumşaldır. Qurutma nəticəsində yaranan qıcıqlanmanın qarşısını alır.
Dodaqlarınız üçün istifadə edə biləcəyiniz təbii yağlar bunlardır;
Zeytun yağı - dodaqları nəm saxlayır.
Üzüm çəyirdəyi yağı - dodaqların quruması nəticəsində yaranan yaralar və qıcıqlanmalar üçün mükəmməldir.
Ərik yağı - bol E və C vitamini ehtiva edən ərik yağı dodaqları qidalandırır və hamar edir.
3. Dodaqlarınızı hər gün nəmləndirin
Dərinin həmişə nəmə ehtiyacı var. Çünki dəri asanlıqla quruyur və soyulur. Dodaqlarınız da nəmsiz qaldıqda çox quruyur.
Nəmsiz qalan dodaqlar xüsusilə qış aylarında çox tez çatlayır və zədələnir.
Dodaqlardakı dəri toxuması son dərəcə həssas olduğu üçün bu nahiyənin hər zaman nəmli qalması lazımdır.
Dodaqlarınızı nəmləndirmək üçün dodaq baxımı kremlərindən istifadə edə bilərsiniz. Bu kremləri gün ərzində müəyyən fasilələrlə dodaqlarınıza sürtmək lazımdır.
4. Dodaq maskası edin
Dodaqlarınızı hər gün nəmləndirdiyinizə baxmayaraq hələ də quruluq problemi ilə qarşılaşırsınızsa, həftədə bir dəfə sıx nəmləndirici maska tətbiq edə bilərsiniz.
Nəmləndirici gücləndirən və dodaq sağlamlığını qoruyan bu maskanı evdə asanlıqla edə bilərsiniz.
Həftədə bir dəfə dodaqlarınıza 1 çay qaşığı balı çəkin və 5 dəqiqə saxlayın. Dodaqlarınızın nəmləndiyini və parıldadığını görəcəksiniz.