Qazaxıstan prezidentinə qara kəmər verildi,  taxta lövhəni sındırdı - VİDEO
12 avqust 2025 17:44 (UTC +04:00)

Qazaxıstan prezidentinə qara kəmər verildi, taxta lövhəni sındırdı - VİDEO

Dünya Taekvondo Federasiyasının rəhbəri Çunqvon Çov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə doqquzuncu dan qara kəməri təqdim edib.

Lent.az xəbər verir ki, Tokayev kəməri aldıqdan sonra bir zərbə ilə taxta lövhəni sındırıb.

“Prezident məşq lövhəsində öz imzasını qoyub, sonra Çunqvon Çovun xahişi ilə taekvondo ənənələrinə uyğun olaraq lövhəni sındırıb”, - Qazaxıstan prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.

Doqquzuncu dan qara kəmər taekvondoda ən yüksək dərəcədir.

Tokayev və Çov arasında görüş Astanada G1 kateqoriyası üzrə Qazaxıstan Açıq 2025 beynəlxalq turniri başlamazdan əvvəl baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar