"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 13:24 (UTC +04:00)

"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olanSİMA İmza”-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir. Bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satış məntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək. Müştərilər isə sənədləriSİMA İmzatətbiqi vasitəsilə asan və etibarlı şəkildə imzalaya biləcəklər.

Bu innovativ yanaşma xidmət zamanını qısaltmaqla yanaşı, müştəri təcrübəsinin təkmilləşdirilməsinə, eləcə də kağız sərfiyyatının azaldılması ilə ətraf mühitin mühafizəsinə töhfə verəcək.

Qeyd edək ki, hazırda abunəçilərə həm kağız, həm də rəqəmsal imza alternativləri təqdim olunur. Lakin yaxın zamanda imzalama prosesinin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar