2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi
12 avqust 2025 13:46 (UTC +04:00)

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

Bu il 2343 müəllim sertifikasiyadan keçə bilməyib.

Bu barədə Lent.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb. Komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb.

Cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub. Hazırda sosial baxımdan ən həssas olan vətəndaşların alternativ işlərlə təminatı üzrə rəsmiləşdirmə prosesinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar