Paytaxtın Nizami rayonunda oğurluq olub.
Lent.az xəbər verir ki, zərərçəkənə məxsus avtomobildən 700 manat nağd pul və şəxsi sənədlər talanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır