Abşeronda sakinlərin qaz sayğacları  oğurlandı
12 avqust 2025 15:22 (UTC +04:00)

Abşeronda sakinlərin qaz sayğacları oğurlandı

Abşeron rayonunda oğurluq hadisələri qeydə alınıb.

Lent.az xəbər verir ki, naməlum şəxs gecə saatlarında iki rayon sakininin evindən qaz sayğaclarını oğurlayıb. Bu barədə zərərçəkənlərin özləri polisə məlumat verib.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Ş.Alxasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar