Kloppu təhqir edən hakim cəzalandırıldı
12 avqust 2025 20:00 (UTC +04:00)

Kloppu təhqir edən hakim cəzalandırıldı

İngiltərə Futbol Assosiasiyası "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir edən hakim Devid Kutu cəzalandırıb.

Lent.az xəbər verir ki, hakim səkkiz həftə oyunlarda iştirak etməyəcək. Bundan əlavə, Kutdan şəxsi təhsil proqramını tamamlamaq tələb olunacaq.

Futbol Assosiasiyasının məlumatına görə, Kut 2020-ci ildə lentə alınan videoda Kloppun ünvanına təhqiramiz ifadələr işlədib. Video 2024-cü ilin noyabrında sosial şəbəkələrdə yayımlanıb. Təhqirdə alman məşqçinin milliyyətinə istinad edilməsi ağırlaşdırıcı hal olub. Videodakı hakim Kloppu "alman əclafı" adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar