İtaliyalı debertolis Çində keçirilən Dünya Oyunları çərçivəsində səmti müəyyən etmə yarışı zamanı dünyasını dəyişib.
Lent.az xəbər verir ki, idmançı avqustun 8-də yarış zamanı huşsuz vəziyyətdə aşkarlanıb. Ona təcili tibbi yardım göstərilib, lakin avqustun 12-də dünyasını dəyişib. İdmançının ölüm səbəbi açıqlanmır.
Avqustun 7-də başlayan Çenqduda 12-ci Ümumdünya Oyunları 17-dək davam edəcək. Proqrama 34 qeyri-olimpiya idman növü daxildir.