“Ford” 100 mindən çox avtomobili geri çağırır
12 avqust 2025 18:13 (UTC +04:00)

“Ford” 100 mindən çox avtomobili geri çağırır

“Ford” ABŞ-da 103 mindən çox F-150 pikapını ox boltlarında yaranan nasazlıq səbəbindən geri çağırır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu boltlar qırıla və nəticədə avtomobilin hərəkət etməsi yaxud ötürücü gücünün itirilməsi baş verə bilər.

Qeyd olunub ki, ox boltundakı problem, oxdan təkərlərə güc ötürən və onların fırlanmasına kömək edən komponentlərə zərər verə bilər. Bu isə, avtomobil əl əyləci qoşulmadan dayandığı halda onun özbaşına hərəkət etməsinə və ya ötürücü gücün itirilməsinə səbəb ola bilər ki, bu da qəza riskini artırır, – deyə ABŞ Avtomobil Təhlükəsizliyi İdarəsi bildirib.

Məlumata görə, dilerlər arxa ox qovşaqlarını pulsuz olaraq dəyişdirəcəklər.

Geri çağırma 2023–2025-ci illərdə istehsal olunmuş “Ford F-150” modellərinə aiddir. Güman edilir ki, bu qüsur təxminən avtomobillərin 1%-də mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar