PSJ ukraynalı müdafiəçini aldı
12 avqust 2025 15:51 (UTC +04:00)

PSJ ukraynalı müdafiəçini aldı

Paris Sen-Jermen klubu rəsmi saytı vasitəsilə Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer etdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, futbolçu Fransa çempionatına İngiltərənin "Bornmut" klubundan keçib. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Futbolçu bir gün əvvəl PSJ-də tibbi müayinədən keçib. Mətbuatın yazdığına görə, PSJ Zabarnının transferini 63 milyon avroya başa vurub. Daha 3 milyon avronu isə "Bornmut" bonus olaraq ala bilər. 2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün Kiyev "Dinamo"suna 22,7 milyon avro ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar