Təmiri baha olan alman avtomobilləri  - Hansı modelləri almaq olmaz?
12 avqust 2025 17:20 (UTC +04:00)

Təmiri baha olan alman avtomobilləri - Hansı modelləri almaq olmaz?

Alman avtomobilləri ənənəvi olaraq keyfiyyət və etibarlılıq simvolu kimi qəbul edilir, lakin bütün modellər bu reputasiyaya uyğun gəlmir. Avtomobil eksperti Kris Pilin fikrincə, bəzi məşhur alman avtomobilləri tez-tez xarab olaraq sahibləri üçün əsl sınaq ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis ən problemli modellər arasında populyarlığına baxmayaraq, mürəkkəb idarəetməyə malik, mühərrik və sürət qutusu tez-tez sıradan çıxan “Volkswagen Golf GTI”nin adını çəkib. Onun sözlərinə görə, bu avtomobili idarə etmək “mənəvi cəhətdən yorucudur”, tez-tez xarab olur və təmiri bahalıdır.

Problemli avtomobillər arasında “Porsche Cayenne GTS” də var. Bu lüks SUV yüksək texniki xüsusiyyətlərə malikdir, lakin onun mühərriki və transmissiyası xarab olur, ehtiyat hissələri isə çox vaxt çətin tapılır və çox bahalı olur.

2008-2011-ci illərdə istehsal olunan “Mercedes-Benz CLC”də də bir sıra problemlər var, o cümlədən gözlənilməz əyləc nasazlığı və ötürmə qolu ilişir. Təmir çox vaxt yalnız səlahiyyətli dilerlərdə mümkündür.

“Audi RS6 Avant” tez xarab olan və daimi təmir tələb edən ən problemli alman avtomobillərindən biri hesab olunur. Ekspert qeyd edir ki, belə avtomobillər çox vaxt sahiblərinin çoxsaylı nasazlıqlardan yorulması səbəbindən ucuz satılır.

Beləliklə, alman mühəndisliyinin nüfuzuna baxmayaraq, bu markanın avtomobilini seçərkən, yalnız görünüşü və xüsusiyyətlərini deyil, həm də texniki xidmət və təmir üçün potensial xərcləri diqqətlə ölçməyə dəyər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar