Peyvənd edilənlər niyə delta ştammına yoluxur?
02 noyabr 2021 14:59 (UTC +04:00)

Peyvənd edilənlər niyə delta ştammına yoluxur?

Koronavirusun delta ştammının xüsusiyyətlərinə görə, peyvənd edilmiş insanlar da ona yoluxa bilər.

Lent.az bildirir ki, bunun niyə bu baş verdiyini Rusiya Səhiyyə Nazirliyinin Qamaleya Mərkəzinin direktoru Aleksandr Qinsburq izah edib.
Səbəb nədir?
 
Qunzburqun sözlərinə görə, peyvənd edilmişlər ona görə yoluxur ki, delta ştammına yoluxduqda yaddaş hüceyrələri işləməyə vaxt tapmır.

Bu, delta ştammının hüceyrələrlə qarşılıqlı əlaqəsini dəyişdirməsi ilə bağlıdır.

“Virus antitelin aşağı səviyyədə olması fonunda hüceyrələrə nüfuz etməyi bacarır”, - Qinzburq deyib.

O xatırladıb ki, təxminən 6-8 aydan sonra koronavirusa yoluxmuş insanlar antitel titrini azaltmağa başlayır, yaddaş hüceyrələri isə qalır.

Delta ştammı vəziyyətində, infeksiyadan 2-4 gün sonra antitel istehsal etməyə başlayırlar, bu çox gecdir: virus hüceyrələr vasitəsilə yayılmağa vaxtı tapır, çoxlu miqdarda toplanır.

Buna görə də, Qunzburqun fikrincə, hər altı aydan bir revaksinasiya yolu ilə antiteli yüksək səviyyədə saxlamaq lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3426
avatar

Oxşar yazılar