"Müxtəlif göz xəstəliklərindən əziyyət çəkənlər, adətən göz damcıları ilə müalicə olunurlar. Xroniki göz xəstəliyi olanlar isə hətta hər gün göz damcılarıdan istifadə edirlər".
Bu fikirləri Lent.az-a açıqlamasında oftalmoloq Aynurə Əliyeva bildirib.
Oftalmoloq Aynurə Əliyeva
Oftalmoloq qeyd edir ki, normada insan gözündə göz yaşı kanalı gözün ön səthində toplanan mayeni gözyaşı kisəsinə gözləri qırpmaqla ötürür:
"Göz yaşı kisəsi daxilindəki maye isə burun keçəcəyinə ötürülür, başın vəziyyətindən asılı olaraq ya burundan xaric olur ya da boğazdan udulur. Ağlayanda burun axması, yaxud gözə damla tökəndə dərmanın dadının bəzən boğazda hiss olunması bu səbəbdəndir.
Oruc tutan belə halla üzləşəndə narahatlıq keçirir. Xroniki damcı istidəçiləri (qlaukomalı pasientlər, quruluqdan əziyyət çəkənlər, allergik konyunktivitli pasientlər), yaxud müvəqqəti müalicə məqsədilə göz damcısı istifadə edənlər orucun pozulması ehtimalına qarşı hər damla istifadəsində aşağıdakı sadə qaydaya riayət etməsi kifayətdir".
Aynurə Əliyeva bildirir ki, gözün ön səthində toplanmış maye-dərman vasitəsinin göz yaşı kisəsinə və boğaza keçməməsi üçün yaş kanalını 1-2 dəqiqəlik təzyiq etməklə bağlamaq kifayətdir:
"Bunun üçün damcı gözə damladılan an şəhadət barmağıyla göz qapaqları daxili bitişməsində burunun yuxarı hissənə keçid nahiyəsini sıxmaq lazımdır, yani gözün iç bucağını 1-2 dəqiqəlik barmaqla basıb saxlamaq.
Din xadimləri orucun damcı istifadə etməklə, damcının boğaza keçib udulmadığı halda pozulmadığını bildirirlər. Ehtiyata görə deyilən qaydanı tətbiq etməklə, oruc olan şəxs əminliklə müalicəsini davam edə bilər".
Allah tutulan orucları qəbul etsin, amin!