“Omicron”un mənbəyinin heyvanlar olduğunu  təsdiqlədilər
24 oktyabr 2022 09:39 (UTC +04:00)

“Omicron”un mənbəyinin heyvanlar olduğunu təsdiqlədilər

Amerikalı tədqiqatçılar koronavirusun “Omicron” ştammının mənbəyinin heyvanlar olduğuna dair yeni sübutlar tapıblar. 

Lent.az “MedicalExpress” saytına istinadən xəbər verir ki, bu sübutlar Minnesota Universitetinin Tibb fakültəsinin yeni araşdırmaları nəticəsində məlum olub. 

Belə ki, virusun bir neçə mutasiyalarının siçan reseptorları arasında uyğunluq müşahidə olunub. Ancaq insan reseptorları ilə heç bir oxşar əlamət tapılmayıb. Deməli, virus heyvanlarda yaranır və daha sonra insanlara keçir.  

Tədqiqatçılardan həkim Fanq Li Omikronun dominant viruslar arasında olduğunu və nəzarətin vacibliyindən danışıb. 

“Omikron ştammının yaranmasının qarşısını almaq üçün heyvanlara qarşı nəzarət gücləndirilməlidir. Bu canlılara qarşı daha ehtiyatlı davranmalıyıq. Çünki Omikron digər “Covid-19” növlərindən daha yoluxucudur”,- deyə o qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712
avatar

Sevinc Fərid

Oxşar yazılar