Minbir dərdin dərmanı GÜLXƏTMİ:  bu şəxslərə qadağandır!
23 yanvar 2021 10:30 (UTC +04:00)

Minbir dərdin dərmanı GÜLXƏTMİ: bu şəxslərə qadağandır!

Xalq təbabətində gülxətmidən geniş istifadə olunur. Bundan əlavə ondan farmakologiyada da istifadə edilir. Bu bitki tənəffüs və həzm sisitemi orqanlarının müalicəsi üçün çox faydalıdır. Onun kökünün dəmləməsi iltihab əleyhinə, öskürəkkəsici kimi təsirə malikdir. Bu dəmləməni içmək badamcıqlardakı şişkinliyi, ağrını aradan qaldırır, öskürəyi yumşaldır və bəlğəmin azalmasına səbəb olur. Tərkibində olan yumşaldıcı selik maddələri, qastrit, kolit, mədə və onikibarmaq yarası xəstəlikləri zamanı çox faydalıdır. Xalq təbabətində gülxətmi kökünün dəmləməsindən kompreslərin qoyulmasında, yanıqlar zamanı yaranın yuyulması məqsədilə, boğazı qarqara etmək üçün geniş istifadə edilir. Gülxətmidən sirop, dəmləmə, cövhərlərin hazırlanmasında istifadə edilir. Sızanaq və ləkələrə qarşı da təsirlidir.

Möcüzəvi gülxətmi çiçəyini çay olaraq qəbul etmənin yanında, çiçəyin yarpaqlarını bir miqdar su ilə birgə sıyıq halına gətirərək bədəninizdəki sızanaq, yara və ləkələrin üzərinə istifadə etsəniz təsirini gözlə görə bilərsiniz. Müsbət nəticə əldə etməniz üçün bu əməliyyatı nizamlı olaraq təkrarlamanız kafidir.

Ağız və diş sağlamlığına da bir çox faydası olan bu bitkidən əldə edilən çayla qarqara edərək, ağız və diş əti iltihablanmalarını və diş əti çəkilmələrini müalicə edə bilərsiniz.

Gülxətmi çayı necə hazırlanır?

Gülxətmi çiçəyinin qurumuş yarpaqlarından bir tutamını 1 litr qaynar suyun içərisinə atıb 10-15 dəqiqə dəmlənməsini gözləyərək çay kimi qəbul edə bilərsiniz. Diləsəniz içərisinə qərənfil və tarçın ataraq iştahınızın və qan şəkərinizin tarazlıqlanmasını da təmin edə bilərsiniz. Tənəffüs yolları narahatlıqları yaşayanlar xətmi çiçəyini su yerinə ilıq südün içərisinə ataraq qəbul edə bilərlər.

Hamilələr qətil istifadə etməməli!

Gülxətmi çiçəyinin hər nə qədər gözəl təsiri olsa da, hər bitki çayı kimi nəzarətlə qəbul etmək ən doğrusudur. Çay, 6 yaşından kiçik uşaqlarda və hamilələrdə heç bir şəkildə istifadə edilə bilməyəcəyi kimi, sağlam yetkin fərdlərin də gündə 1-2 fincandan çox qəbul etməməsi məsləhətdir.. Xroniki bir xəstəliyə sahib olan, nizamlı olaraq dərman istifadə edən, hər hansı bir müalicəyə davam edən kəslərin bu çayı qəbul etmədən əvvəl mütləq həkimlərinə məsləhətləşmələri lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21693
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar