Dietoloq Reyhan Cabbarlı
23 dekabr 2020 11:17 (UTC +04:00)

Dietoloq Reyhan Cabbarlı

İmmuniteti artırmaq üçün necə qidalanılmalıdır? – Dietoloq danışır

İnsanların orqanizmi payız və qış fəsillərində immuniteti aşağı olduğu üçün tez-tez xəstələnməyə meyilli olur. Nəzərə alsaq ki, hazırda bütün dünya koronavirusla mübarizə aparır, bu zaman biz immun sistemimizi gücləndirməyə  daha çox diqqət etməliyik.  İmmun sistemi güçləndirməyin ən vacib qaydalarından biri də düzgün qidalanmalıdır.  Çünki günlük ehtiyacımız olan vitamin və mineralların böyük hissəsini qidalardan alırıq.

Bəs immuniteti artırmaq üçün nələr edilməlidir? Necə qidalanılmalıdır?

Lent.az-ın suallarını dietoloq Reyhan Cabbarlı cavablandırıdı. O, bildirdi ki, ümumiyyətlə sağlam orqanizimə sahib olmağın yolu su içməkdən başlayır:

“Bədənimizin 60%-ə yaxını sudan ibarətdir. Buna görə də günlük minimum 1.5-2 lt su içmək vacibdir.  Düzgün olmayan qidalanma və az su qəbulu ilə orqanizmamızdaki bu faiz aşağı enir. Bunun nəticəsində isə  metabolizma normal işləmədiyi üçün immun sistem də zəyifləyir”.

Dietoloq deyir ki, meyvə-tərəvəz yeməyi də unutmaq olmaz:

“Günlük  tərəvəz yeməkləri və ya salatlar yeyin.  Ölkəmizdə qış aylarında tərəvəzlər ilə qidalanma heyif ki azalır. Tərəvəzləri çiy, yaxud da az zeytun yağında bişirərək yeməyə diqqət edin. Günlük 2-4 pors meyvə yeyin.  Hər yaş və hər şəxsə görə bu porsiyon miqdarı dəyişə bilər. Ancaq  minimum 2 pors meyvə yeyilməsi məsləhətdir. Bunlar əsasən yüksək C vitamin qaynağı olan portağal, kivi, mandalin meyvələrindən olsa daha yaxşı olar”.

R.Cabbarlı bildirdi ki, yeməklərinizdə mütləq balıq olsun:

“Həftədə 2 dəfə balıq yeyin. Mövsüm balıqlarını yağsız hazırlayıb yeyə bilərsiz. Balığın tərkibindəki doymamış yağ asidi olan omega3  sayəsində immunitet çox güclənir. Son aylarda Covid-19-dan qoruyucu diyetlərdə vazgeçilməzdən biri də balıqdır. Mövsüm balıqlarına üstünlük verməniz daha gözəldir. Bunu da qeyd edim ki, xolesterol xəstələri də rahatlıqla uyğun porsiyonlarda yağsız bişirilmə balıq yeyə bilər”.

İmmunitetimizi gücləndirməklə bərabər orqanizimimizin sağlam şəkildə fəaliyyət göstərməsini də diqqətdə saxlamalıyıq. Bunun üçün dietoloq bəzi tövsiyyələr verdi:

“Günlük 2-3 pors Kefir və ya qatıq yeyin . Bağırsaqlar bədənimizin ikinci beynidir. Bağırsaqların tam sağlam olmasının ən vacib səbəbi isə qəbul etdiyimiz  vitamin və mineralların çoxunun  bağırsaqlar vasitəsi ilə sovrulub bədənimizə qəbul edilməsidir. Buna görə bağırsaq sağlamlığı önəmlidir. Probiyotik və prebiyotiklər bağırsaq sağlamlığında ən vacib köməkçilərimizdir. Kefir və qatıq bu nöqtədən bizə çox vacib qidalardandır.Saf şəkərli qidaları azaldın, yeməyin.  Şəkərli içkilər, şirniyyatların immun sistetimizi zəyiflədiyini təsdiqləyən bir çox elmi məqalələr var”.

İmmun sistemini gücləndirmək üçün başqa diqqət etməli olduğumuz mövzular da var. Belə ki,

“Fiziki aktivliyi artırmaq üçün günlük min 30 dəq yürüyüş edilməlidir. D vitamini və Dəmir  dəyərlərinə baxılmalı, əgər hər hansısa bir əksiklik varsa mütləq dəstək alınmalıdır. Bu məlumatlara riyaət etsəz, koronavirus olsazda onu yüngül keçirəcəksiniz. Çünki immunitetimiz koronadan güclüdür.  Sağlam qidalanın, sağlam qalın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10554
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar