Dünyada koronavirusa  yoluxma və ölüm sayı   AZALIR
08 dekabr 2022 20:04 (UTC +04:00)

Dünyada koronavirusa yoluxma və ölüm sayı AZALIR

Dünya üzrə koronavirusa yoluxma və ölüm halları azalmaqda davam edir.

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında qeyd edilib.  

Məlumata görə, bir həftə ərzində dünyada COVID-19 koronavirusuna yoluxma halları 3 faiz, ölüm halları isə 17 faiz azalıb.

Noyabrın 28-dən dekabrın 4-dək koronavirusa yoluxma halları Amerika istisna olmaqla, bütün regionlarda azalıb. Amerikada isə 14 faiz artıb. Xəstəlik sayında ən çox azalma Afrikada (78 faiz) və Cənub-Şərqi Asiyada (27 faiz) qeydə alınıb.

Cəmi bir həftə ərzində dünyada təxminən 2,9 milyon yeni koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

COVID-19-dan ölənlərin sayı bu həftə ərzində Cənub-Şərqi Asiyada (3 faiz) bir qədər artıb, digər bölgələrdə isə azalma qeydə alınıb. Ölümlərdə ən çox azalma Afrikada (83 faiz) və Şərqi Aralıq dənizində (33 faiz) olub.

Bu həftə ərzində dünyada koronavirusdan 7,8 minə yaxın ölüm qeydə alınıb.

Ümümilikdə pandemiya ərzində dünya üzrə 647,9 milyondan çox koronavirusa yoluxma və 6,6 milyona yaxın ölüm halı aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Sevinc Fərid

Oxşar yazılar