Dənizə gedəndə BU SAATLARA  diqqət edin!
28 iyun 2024 11:51 (UTC +04:00)

Dənizə gedəndə BU SAATLARA diqqət edin!

“Çimərliyə getmək üçün ən optimal vaxt səhər 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır”. 

Lent.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, 11:00-16:00 aralığında uşaqları Günəş altında saxlamaq ziyandır:

"Bu saatlarda günəş radiasiyasının ən ekstremal təhlükəli vaxtıdır. Məhz bu zaman intervalında uşaqlarda günəş yanıqları, günvurma halları baş verir. Uşaq orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadənin müəyyən qaydalarına riayət etmək lazımdır. 

Pediatr qeyd edib ki, orqanizmin normal funksiyası və yuxu rejiminin tənzimlənməsində D vitamini müxtəlif hormonların sintezi üçün çox vacibdir:

“Onun təsiri nəticəsində qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, immunitet möhkəmlənir. Həmçinin, antidepressant və antibakterial xüsusiyyətlərə də malikdir”. 

Nuranə Hüseynova bildirib ki, müsbət cəhətləri ilə yanaşı, günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var:

“Bunları yaradan onun tərkibində olan şüalardan asılıdır. Eyni zamanda, isti havalarda uşaqların geyiminə də diqqət yetirmək mütləqdir. Günəş şüasını udan tünd rəngli paltarlardan istifadə tövsiyə olunmur. Məqsədəuyğundur ki, əsasən günəş şüalarını əks etdirən açıq rəngli, yaşıl rəngli geyimlərə üstünlük verilsin. Həmçinin, dairəsi çiyinləri örtəcək ölçüdə papaqlardan istifadə olunmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Fidan İlqar

Oxşar yazılar