Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
08 avqust 2022 16:00 (UTC +04:00)

Çində yeni təhlükəli virus yayıldı - "LANYE"

Çində daha bir təhlükəli virus yayılıb.

Lent.az Çin mediasına istinadən xəbər verir ki, bu barədə yerli və sinqapurlu həkimlər açıqlama yayıb.

“Lanye” adlanan yeni virusa Şandunq və Henan əyalətlərində 35 yoluxma qeydə alınıb.

Bu, daha çox öskürək, qızdırma, yorğunluq, əzələ ağrıları, ürəkbulanma və baş ağrısı ilə müşahidə olunur. 

Virisoloqlar bu növün elmə məlum olan digər henipaviruslarla oxşarlığını qeyd edir. Bildirilib ki, “Lanye” virusu ən çox siçanlarda aşkar edilib. Bundan başqa, it və keçilərdə də rast gəlinir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Oxşar yazılar