Bu xəstəlik olanlarda İNTİHAR RİSKİ  yüksək olur
03 yanvar 2022 23:20 (UTC +04:00)

Bu xəstəlik olanlarda İNTİHAR RİSKİ yüksək olur

“Panik atak qorxu və narahatlıq hissləri ilə qəflətən başlayıb, narahatlığın 10 dəqiqə ərzində ən pik səviyyəyə çatdığı və fiziki və ya psixi əlamətdən ən az 4-ü ilə müşahidə olunan psixoloji narahatlıqdır”.

Lent.az xəbər verir ki, bunu həkim-nevroloq Qalib Əsədov deyib. 

O bildirib ki, panik atak müxtəlif simptomlarla özünü göstərir. 

Həmin simptomları təqdim edirik:

- Ürək döyüntülərinin sayının artması:
- Tərləmə
- Titrəmə
- Boğulma
- Nəfəs kəsilməsi
- Sinədə ağrı
- Mədə bulanması və ya qarında ağrı
- Göz qaralması,başın fırlanması,huş itirmə
- Ətrafı hiss etməmək
- Kontrolu itirmək
- Ölüm qorxusunun yaranması
- Bütün duyğuların ölməsi
- Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə,tərləmə və s.).

Həkim həmçinin bildirib ki, panik atak, travmadan yaranan stressdən, sosial fobiyalardan və hər hansı fiziki xəstəlikdən sonra da yarana bilər:

“Uşaq olarkən valideynlərdən ayrılma, onlardan hər hansı birini itirmə, valideynlərin boşanması, stress, qorxu, yaxinlardan kiminsə vəfat etməsi kimi səbəblər panik atakı yaradan ən əsas səbəblərdən hesab olunur.

Ən yaxşı müalicə psixoterapiyadır. Panik atak narahatlığlını yaşayan şəxslərdə intihar riski yüksək olduğundan vaxtında peşəkara müraciət və müalicə çox vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5277
avatar

Aytəkin Cəlali

Oxşar yazılar