Badamın bilmədiyimiz faydaları
24 yanvar 2023 09:09 (UTC +04:00)

Badamın bilmədiyimiz faydaları

Badamın orqanizm üçün güclü qidalandırıcı təsirləri var. Hər gün 3-4 badam yeyərək sağlamlığınıza fayda verə bilərsiniz. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, badamın tərkibindəki zülal və lif orqanizmdə toxluq hissi yaradır. 

Badam bədəniniz üçün maqnezium, E vitamini və pəhriz lifi kimi qiymətli qidalarla zəngindir. Bu baxımdan badamın bir porsiyası doyurucu olur.

Badam əksər dəriyə qulluq məhsullarının tərkib hissəsidir. Bunun səbəbi dəriyə çox faydalı olmasıdır. Badam yaşıl çay və brokolinin tərkibində olan flavonoidi ehtiva edir. Bu tərkib dərinizi qidalandırır və yaşlanmanın qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2247
avatar

Arzu Qurbanlı

Oxşar yazılar