Badam yağının müntəzəm istifadəsi müxtəlif dəri problemlərinin həllinə kömək olur.
Lent.az-ın məlumatına görə, badam yağının tərkibindəki kollagen dərinin elastikliyini artırır.
Badam yağı qırışlara və sallanmalara yaxşı təsir göstərir. Tərkibindəki A və E vitaminləri dərin qırışları açır və quru dərini dərhal bərpa edir.
Dərinin nəm tutumunu artırır.
Eyni zamanda, 7 gün ərzində dəri tonunu bərabərləşdirir, quru dəri səbəbindən dərinləşən dəri qırışlarını azaldır.
1 həftədən sonra dərinizə daha bərabər və balanslı bir rəng verir. Ləkə və çapıqlara təsiri hüceyrə yenilənməsindən asılı olaraq 20 günə qədər davam edir.