Ayaq göbələyinin kökünü kəsir  - 5 dəqiqəyə ayaqları yumşaq edir
11 avqust 2025 10:07 (UTC +04:00)

Ayaq göbələyinin kökünü kəsir - 5 dəqiqəyə ayaqları yumşaq edir

Gün boyu tərləyən və qayğısı unudulan ayaqlar zamanla göbələk, qaşınma, quruluq və çatlama kimi problemlərlə qarşılaşa bilər. Xüsusən də ayaq sağlamlığını laqeyd yanaşdıqda, dəridə qabıqlanma, bərkimə və xoşagəlməz qoxu kimi hallar qaçınılmaz olur. Xoşbəxtlikdən, təbiətin təqdim etdiyi bəzi xüsusi maddələr sayəsində bu problemlərlə evdə, asanlıqla mübarizə aparmaq mümkündür. Yalnız bir neçə damcı ilə həm göbələk yaranmasının qarşısını alan, həm də dərini intensiv şəkildə nəmləndirən bu təbii həll yolu ilə ayaqlarınız sanki yenidən doğulacaq.

Lent.az bu üsulu təqdim edir:

Təbii baxım və bitki müalicəsi üsulları arasında ön plana çıxan yağlardan biri də çay ağacı yağıdır. Son illərdə dəri problemlərinə qarşı təsirli həll axtaranların sevimlisinə çevrilmişdir. Antibakterial, antifungal (göbələk əleyhinə) və antiinflamatuar (iltihab əleyhinə) xüsusiyyətləri sayəsində sızanaq, göbələk infeksiyaları, egzema, yara və iltihablı dəri problemləri kimi bir çox halda dəstək məqsədilə istifadə oluna bilər. Xüsusən də ayaq göbələyi və egzema kimi inadkar dəri problemlərində təbii alternativ yol kimi diqqət çəkir.

Çay ağacı yağı dərinin səthindəki bakteriyalarla mübarizə apararaq infeksiya riskini azaldır. Yaraların təmizlənməsində, sızanaq və kiçik kəsiklərin mikrob qapmasının qarşısını almaqda təbii antiseptik rolunu oynayır. Xüsusən yağlı dərilərdə artıq sebum istehsalını tənzimləyərək məsamələrin tutulmasının qarşısını alır. Bu yolla sızanaq yaranma ehtimalını azaldır.

NASIL KULLANILIR

Qaşınmanı azaldır
Allergiyaya bağlı və ya quruluqdan qaynaqlanan qaşınmalarda çay ağacı yağı dərini sakitləşdirir və qaşınmanı yüngülləşdirir. Müntəzəm istifadədə qızartı və həssaslığın azaldığı müşahidə olunur. Ayaq göbələyi (tinea pedis) xüsusən nəmli mühitdə inkişaf edən bir göbələk infeksiyasıdır. Barmaq aralarında qaşınma, xoşagəlməz qoxu, səpkilər və qabıqlanma kimi əlamətlərlə özünü göstərir.

Çay ağacı yağı göbələyə qarşı necə təsir edir?
Antifungal təsiri sayəsində göbələyin çoxalmasının qarşısını alır.

Qaşınma və qıcıqlanmanı azaldır.

Ayaqda yaranan pis qoxunu aradan qaldırır və dərini dezinfeksiya edir.

Necə istifadə olunur?
2–3 damcı çay ağacı yağını daşıyıcı yağla (hindqozu, zeytun yağı kimi) qarışdıraraq birbaşa göbələkli nahiyəyə gündə 2 dəfə çəkin.

Ayaq vannası üçün: İlıq su dolu bir qaba 5–6 damcı çay ağacı yağı əlavə edib ayaqları 15 dəqiqə gözlədə bilərsiniz.

Çay ağacı yağının egzemaya təsiri?
Egzema, dəridə quruluq, qaşınma, səpkilər və iltihabla müşayiət olunan xroniki dəri xəstəliyidir. Kimyəvi məhsullar və stress egzema tutmalarını artırır. İltihab əleyhinə təsiri ilə qızartı və şişkinliyi azaldır. Qaşınmanı yüngülləşdirir və dərinin yenilənməsinə kömək edir. Egzemadan qaynaqlanan infeksiya yaranmasının qarşısını alır.

Necə istifadə olunur?
1 çay qaşığı hindqozu yağına 1–2 damcı çay ağacı yağı əlavə edin. Qarışımı egzemadan təsirlənmiş nahiyəyə yüngülcə çəkin. Gündə 1–2 dəfə tətbiq edə bilərsiniz. Lakin açıq yara olduqda birbaşa istifadə etməyin.

Çay ağacı yağı saf halda (seyreltilmədən) birbaşa dəriyə tətbiq olunmamalıdır. Əks halda qıcıqlanmaya səbəb ola bilər. İlk dəfə istifadə edəcək olanlar üçün allergiya testi tövsiyə olunur: Seyreltilmiş yağı biləyin iç tərəfinə sürtüb 24 saat gözləyin. Göz ətrafı, ağız və açıq yaralardan uzaq tutulmalıdır. Hamiləlik dövründə və ya ciddi dəri xəstəliyi olanlar həkim məsləhəti olmadan istifadə etməməlidir. Çay ağacı yağı ayaq göbələyi, egzema, sızanaq və müxtəlif dəri problemlərinə qarşı təbiətin təqdim etdiyi güclü, amma zərif bir həll yoludur. Düzgün və müntəzəm istifadə edildikdə həm dəri sağlamlığını dəstəkləyir, həm də kimyəvi məhsullardan asılılığınızı azaldır. Bitki mənşəli müalicəyə şans vermək istəyənlər üçün çay ağacı yağı ilk addım üçün mükəmməl seçim ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar