Stenford Universitetinin alimlərinin apardığı tədqiqatların nəticəsi qorxu yaradıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, COVİD-19 pandemiyasından sonra yeniyetmələrin beyni sürətlə qocalır.
Alimlər bildiriblər ki, beyinlərinin maqnit rezonans tomoqrafiya şəkilləri araşdırılmış 81 yeniyetmə yaşıdlarına nisbətən 3 yaş daha “qocalırlar”. İştirakçıların psixoloji vəziyyətində də anormallıq müşahidə olunub. Onlar həyəcan və depressiyadan şikayət ediblər.
Alimlərin fikrincə, pandemiyadan sonra ümumilikdə insanlarda sürətlə yaşlanma əlamətləri görünməyə başlayıb.