Alimlər ürək xəstəliklərinin dərmanı olan məhsulun adını açıqlayıblar
11 yanvar 2025 16:21 (UTC +04:00)

Alimlər ürək xəstəliklərinin dərmanı olan məhsulun adını açıqlayıblar

Bir məhsul var ki, ürək-damar xəstəlikləri riskini azaltmaq üçün əvəzsiz köməkçidir.

Lent.az-ın məlumatına görə, bu, tərkibində flavonoidlər - antioksidant xüsusiyyətlərə malik birləşmələr olan tünd şokoladdır. 

O, "pis" xolesterol səviyyəsini azaltmağa, qan axınını yaxşılaşdırmağa və qan damarlarının elastikliyini artırmağa kömək edir. 

Tünd şokoladı müntəzəm olaraq, lakin orta dərəcədə istehlak etsəniz, yüksək təzyiqi sabitləşdirə bilərsiniz.

Ən azı 70% kakaolu şokolad istehlak etmək tövsiyə olunur, bu məhsuldan sağlamlığınız üçün maksimum fayda əldə edə bilərsiniz. 

Qeyd edək ki, şokolad yüksək kalorili məhsuldur, ona görə də normada, gündə 37 qramdan çox olmayaraq istehlak edilməlidir.

Qara şokoladın digər sağlamlıq faydaları nələrdir?

- Arıqlamağa kömək edir

Amerikalı alimlər hesab edirlər ki, yeməkdən 15 dəqiqə əvvəl bir az qara şokolad aclığı 50 faiz azaltmağa kömək edir. Bu, tünd şokoladın orqanizmi tox tutmaqdan məsul olan hormonların istehsalını təşviq etdiyi üçün baş verir.

- Beyin funksiyasını yaxşılaşdırır

Tünd şokoladda olan eyni flavonoidlər beyni aktivləşdirir, bu da idrak funksiyasını yaxşılaşdırır və yaddaşı gücləndirir. Araşdırmaya görə, bunun bir səbəbi flavonoidlərin beyinə qan axını artırması ola bilər.

- Enerji təkan verir

Məhsulun yüz qramında 43 mq kofein var və bu, sizin enerjinizi artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846
avatar

Ləman Sərraf

Oxşar yazılar