Gündəlik su qəbulunun azalması bu xəstəliklərə səbəb olur
17 oktyabr 2024 07:18 (UTC +04:00)

Gündəlik su qəbulunun azalması bu xəstəliklərə səbəb olur

Mütəxəssislər suyun vacibliyini vurğulayaraq lazımi qədər su qəbulunun olmamasının səbəb ola biləcəyi sağlamlıq problemləri ilə bağlı xəbərdarlıq edir.

Lent.az xəbər verir ki, həkimlər su qəbulunun xroniki xəstəliklər baxımından böyrək sağlamlığı, qan təzyiqinin tənzimlənməsi və şəkərin mübadiləsi kimi bir çox kritik funksiyaya təsiri olduğunu bildirir.

Mütəxəssislərin fikrincə su balansının saxlanması xüsusilə diabet, hipertoniya, ürək çatışmazlığı və böyrək xəstəlikləri olan şəxslərdə xəstəliklərin idarə olunması üçün həyati əhəmiyyət kəsb edir.

Su orqanizmin əsas maddələrindən biridir və hüceyrələrin fəaliyyəti üçün lazımdır. Adekvat su qəbulu maddələr mübadiləsini tənzimləyir, bədən istiliyini tarazlaşdırır, qida maddələrinin daşınmasına kömək edir və tullantıları bədəndən çıxarır.

Xroniki xəstəliklərin idarə olunmasında su istehlakı böyük rol oynayır. Ürək-damar xəstəlikləri, xüsusilə hipertoniya və ürək çatışmazlığı hallarında, maye balansı diqqətli idarə tələb edir.

Belə ki, yetərsiz maye qəbulu qan həcminin azalmasına və buna görə də ürəyə yükün artmasına səbəb ola bilər.

Suyun lazımi qədər qəbul edilməməsi ürək ritminin pozulmasına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar