Türkiyədə gənc oğlan cəzaçəkmə müəssisəsində intihar edib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Kayseri şəhərində baş verib. 18 yaşlı məhkum H.C.C. cəza çəkdiyi müəssisədə özünü öldürüb.
Qeyd edək ki, o, bir nəfəri çaydanla döyərək görüntüləri sosial şəbəkədə yayıb. Həmin görüntülərdən sonra saxlanılaraq, barəsində “qəsdən sağlamlığa zərər vurma” maddəsilə cinayət işi başlanıb.